Bu ölkədə cinsi zorakılığa məruz qalan uşaqların sayı açıqlandı - 2019-cu ilin hesabatı

Bu ölkədə cinsi zorakılığa məruz qalan uşaqların sayı açıqlandı - 2019-cu ilin hesabatı

Bu il ərzində Moldovada 300-dən çox uşaq cinsi zorakılığa məruz qalıb.

Bu barədə Moldova Baş Prokurorluğunun yaydığı hesabatda qeyd olunub.

Məlumata görə, uşaqlara qarşı cinsi zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib. Bundan başqa cinsi təcavüz üçün mobil telefon və sosial şəbəkələrdən daha çox istifadə olunur. Həm də yaşlı müəllimlərin uşaqlara qarşı münasibətlərində cinsi zorakılığın təzahürlərinə rast gəlinir.

Uşaqlara qarşı cinsi istismar hallarının qarşısını almaq üçün maarifləndirmə işi gücləndirilir və qanunvericiliyin sərtləşdirilməsi məsələsinə baxılır.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31