Dünyanın ən zəif inkişaf etmiş ölkələri açıqlanıb
Dünyanın ən zəif inkişaf etmiş ölkələri açıqlanıb
20 Noyabr 2019 12:23 DünyaBMT Ticarət və İnkişaf Konfransında təqdim etdiyi hesabatda dünyanın ən zəif inkişaf etmiş ölkələrin siyahısını təqdim edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, ümumilikdə dünyanın ən zəif inkişaf etmiş ölkələr siyahısında Anqola, Benin, Burkina-Faso, CAR, Çad, Cibuti, Eritreya, Efiopiya, Qambiya, Mali və başqaları daxil olmaqla 47 dövlət yer alıb.
Siyahıya Kiribati, Tuvalu, Vanuatu və Solomon adaları daxil edilmişdir.
Asiya ölkələri sırasında Əfqanıstan, Banqladeş, Kamboca, Laos, Myanma, Nepal, Yəmən və Butan kimi ölkələr yer alıb.
Bu hesabat əsasında BMT bu ölkələrin rəhbərlərinə vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr hazırlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31