Prezidentin oğlu mühazirə deyərkən öldürüldü

Prezidentin oğlu mühazirə deyərkən öldürüldü

Almaniyanın eks-prezidenti Rixard fon Vaytszekkerin oğlu həkim Frits fon Vaytszekker Berlinin "Schlosspark-Klinik" klinikasında mühazirə zamanı hücuma məruz qalıb.

Olaylar.az xəbər verir ki, bunu RBB televiziyası yayıb. Məlumata görə, həkim mühazirədə bıçaqlanaraq qətlə yetirilib. Ona hücumun yerli vaxtla 18:50-də həyata keçirildiyi bildirilib.

Hücum zamanı cinayətkara mühazirədə mane olmağa çalışan şəxslərdən biri də ağır yaralanıb. Cinayətkarın artıq yaxalandığı bildirilib.

Qeyd edək ki, Rixard fon Vaytszekker 1984-1994-cü illərdə Almaniya prezidenti olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31