Meksikada GÜCLÜ ZƏLZƏLƏ

Meksikanın Tapaçula şəhəri yaxınlığında güclü zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Puerto Madero şəhərinin 87 km cənub-qərbində 6,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri 60 km dərinlikdə yerləşib.

Zəlzələ Qvatemala və El-Salvadorda da hiss edilib. Sunami xəbərdarlığı edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31