20,08 karatlıq mavi almaz rekord məbləğə satılıb
20,08 karatlıq mavi almaz rekord məbləğə satılıb
19 Noyabr 2019 13:10 DünyaEmal olunmamış mavi almaz 14,9 milyon dollara satılıb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, CAR-da hasil olunmuş nadir mavi almazın çəkisi 20,08 karatdır.
SABC radioşirkətinin məlumatına görə, almazın hasil edildiyi "Petra Diamonds Cullinan" adlı şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat - 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.
Qeyd edək ki, sonuncu mavi almazın alıcısının adı açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31