Türkiyəli aktrisa cənazəsinin yandırılmasını istədi – İlginc səbəb

Türkiyəli aktrisa cənazəsinin yandırılmasını istədi – İlginc səbəb

Türkiyəli tanınmış aktrisa Yıldız Kenter 92 yaşında dünyasını dəyişib.

Onun bir neçə il əvvəl cənazəsinin yandırılmasını vəsiyyət etdiyi ortaya çıxıb.

"Cənazəmi yandırmalarını istəyirəm. Bunun da səbəbi var. Qəbiristanlıqlar doludur, yer yoxdur artıq. Onsuz da, bir gün bunu etməyə məcbur olacaqlar", -  deyə o bildirmişdi.

Mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, aktrisa bir müddətdir ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31