Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi

Atasının benzin töküb yandırdığı 22 yaşlı qızın son sözləri kövrəltdi

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

Türkiyənin İzmir şəhərində yaşayan Sedat Yellibulut adlı kişi ondan ayrılmaq istəyən xanımına əsəbləşərək özünü yandırmaq istəyib.

Lakin intihar cəhdi faciəyə səbəb olub və onun 22 yaşlı qızı yanıb.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 22 yaşlı Selda Yellibulut 9 gün sonra xəstəxanada dünyasını dəyişib.

Sedat Yellibulut polis tərəfindən saxlanılıb. Onun 36 il müddətinə həbsi tələb olunur.

O, xəstəxanadaykən polisə ifadəsində "Çox peşmanam. Hər yerim ağrıyır. Görəsən, sağ qala biləcəm? Atam yaxşı insan deyil" deyə, söyləyib.

Qeyd edək ki, Sedat Yellibulut üzərinə benzin töküb yandırmaq istəyərkən qız da öz üzərinə benzin tökərək "Məni yandır" deyib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31