Məşhur aktyor DİRİ-DİRİ BASDIRILDI
18 Noyabr 2019 13:32 DünyaAmerikalı aktyor Dueyn Consonun ölüm xəbəri yayılıb.
"Skala" ləqəbi ilə tanınan kinoulduz yenidən trolların qurbanına çevrilib.
Saxta xəbərə görə, Consonun bədbəxt hadisə nəticəsində öldüyü bildirilib.
"47 yaşlı Dueyn Skala Conson uğursuz trük nəticəsində həyatla vidalaşdı" başlıqlı post qısa müddətdə sosial şəbəkələrdə yayılıb".
"Forsaj" və "Cumanci" filmlərinin ulduzu hələ ki, şayiəyə münasibət bildirməyib.
Qeyd edək ki, Dueyn Consonun ölüm xəbəri 2011 və 2014-cü illərdə də yayılmışdı. Rusiyalı aktyor Kristin Asmus da saxta xəbərin qurbanına çevrilmişdi. "İnternov" serialının aktyoru və yaxınları ölüm xəbərindən şok yaşamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31