Məşhur aktrisa VƏFAT ETDİ
Türkiyəli aktrisa Jale Birsel 92 yaşında vəfat edib.
18 Noyabr 2019 13:30 DünyaTürkiyəli aktrisa Jale Birsel 92 yaşında vəfat edib.
Aktrisa ağciyər xəstəliyindən əziyyət çəkirmiş.
1949-cu ildə Ankara Dövlət Konservatoriyasının Teatr sənəti fakültəsini bitirən Birsel, İzmirdə yaşadığı Qocalar evində gözlərini əbədi olaraq yumub.
Dövlət teatrları aktrisanın vəfatı ilə bağlı açıqlama yayıb:
"Türkiyə teatr aləminin dəyərli şəxslərindən olan Jale Birselin ölüm xəbərini hüznlə anırıq. Sənətçimizə Allahdan rəhmət diləyirik. Ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı veririk."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31