YPG/PKK 800 İŞİD-çini azadlığa buraxıb – Rəsmi açıqlama

YPG/PKK 800 İŞİD-çini azadlığa buraxıb – Rəsmi açıqlama

Türkiyə Müdafiə Nazirliyi YPG terror təşkilatının Suriyanın Tel Abyad həbsxanasından ən azı 800 İŞİD üzvünü azadlığa buraxdığını açıqlayıb. Olaylar.az bildirir ki, bu haqda nazirliyin bəyanatında deyilir:

"Türkiyə meydanda İŞİD ilə silahlı mübarizə aparan tək NATO və koalisiya ölkəsi kimi Suriya və İraqda 4 mindən çox İŞİD üzvünü zərərsizləşdirərkən, PKK/YPG terror təşkilatı isə Tel Abyad həbsxanasındakı ən azı 800 İŞİD-çini azadlığa buraxıb. İŞİD başda olmaqla əsas məqsədləri terror təşkilatlarını regiondan silib atmaq olan "Barış Pınarı" əməliyyatı və son dövrdə İŞİD "rəhbərliyi"nə qarşı aparılan əməliyyatlar qətiyyətimizdin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31