Qonaqlıq partisinə DƏHŞƏTLİ HÜCUM- 4 ölü, 6 yaralı

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

Fresno şəhərindəki bir evin arxa bağçasında təşkil edilən futbol matçı izləmə partisinə təşkil edilən hücum zamanı 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə zamanı qonaqlıqda 35 nəfər olub.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.

Hücumun səbəbi haqqında rəsmi açıqlama verilməyib. Hadisəni törədənlər isə hələ ki, tapılmayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31