ABŞ-da futbol matçı zamanı atışma olub- xəsarət alanlar var

ABŞ-da futbol matçı zamanı atışma olub, xəsarət alanlar var

ABŞ-da atışma olub.

Bu barədə NBC məlumat yayıb.

Qeyd edilir ki, hadisə Nyu-Cersi ştatında, Plezantville şəhərində, iki məktəbli komandasının futbol matçında qeydə alınıb. Atışma nəticəsinfə azı 2 nəfər xəsarət alıb.  

Hadisə ilə əlaqədar oyunçular meydanı tərk edib, azarkeşlər isə daldalanacaq axtarmağa başlayıblar.

Yaralıların vəziyyəti barədə məlumat verilmir. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması bilinmir. 

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31