Trampın keçmiş müşaviri konqresə yalan danışmaqda ittiham olunur
16 Noyabr 2019 11:22 DünyaSeçki kampaniyası zamanı ABŞ prezidenti Donald Trampın müşaviri vəsifəsini icra edən və Rusiya istintaqında adı hallanan Roger Stoun konqresə yalan danışmağa və ədalət məhkəməsinə mane olmağa görə ittiham olunur.
Moderator.az xəbər verir ki, məsələyə münasibət bildirən D.Tramp deyib ki, "Baş verənlər ölkəmiz tarixində görülməmiş ikili standartdır".
Vaşinqton məhkəməsi isə ABŞ-da Rusiya istintaqı zamanı yanvar ayında tutulan və girov müqabilində sərbəst buraxılan Stoun haqqında öz qərarını açıqlayıb. Məhkəmə Stounu konqresə yalan danışdığına və ədalətə mane olduğuna görə şahidlər də daxil olmaqla yeddi maddəylə günahkar bilib.
Qeyd edək ki, Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə iddialarını araşdırmaq üçün təyin edilən prokuror Robert Mueller istintaq zamanı Stounu şübhəli bilərək həbs etmişdi. İttihamda Stoun Trampın prezidentliyə namizəd olan rəqibi Hilları Klintonun təşviqat meneceri Con Podestanın Rusiya hakkerləri tərəfindən ələ keçirilən elektron poçt yazışmalarını yaymaqda ittiham edilib.