Bağdadda bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb
Bağdadda bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb
16 Noyabr 2019 11:12 Dünyaİraqın paytaxtı Bağdadda nümayişlərin davam etdiyi Təhrir meydanında növbəti terror aktı olub.
İlkin açıqlamalara görə, bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
İraq təhlükəsizlik mənbələrindən verilən xəbərdə bildirilib ki, bomba Təhrir meydanı yaxınlığında parkda yerləşdirilib.
Partlayış paytaxtın bir çox nöqtələrində eşidilib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31