Bolqarıstanın baş nazirinin təyyarəsi qəzaya uğrayacaqdı...

Bolqarıstanın baş nazirinin təyyarəsi qəzaya uğrayacaqdı...

Bolqarıstanın baş naziri Boyko Borisovun olduğu təyyarə Sofiya hava limanında qəza enişi edib.

İnsident naviqasiya sistemindəki qüsurdan qaynaqlanıb.

Təyyarə hava limanına yaxınlaşarkən naviqasiya sistemi tamamilə sıradan çıxıb. Pilotlar sistemi təkrar işə sala bilmədikləri üçün idarəetməni adi rejimə keçirib.

Eniş uğurla başa çatıb, xəsarət alan olmayıb.

Təyyarədə baş nazirlə yanaşı digər hökumət nümayəndələri də olub.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31