Türkiyə “S-400”-lərdən imtina edir? – Ərdoğandan kritik açıqlama

Türkiyə “S-400”-lərdən imtina edir? – Ərdoğandan kritik açıqlama

ABŞ səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Olaylar.az xəbər verir ki, türk lider ölkəsinin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə toxunub.

"S-400-lərin aktivləşdirilməməsi gündəmə gələ bilər?" sualına Ərdoğan belə cavab verib:

"Bizim hazırda Rusiya ilə də ikitərəfli münasibətlərimiz var. Bu münasibətləri poza bilmərik. Çünki bu, eyni zamanda strateji əhəmiyyət kəsb edir. Bu strategiya təbii qazla bağlıdır. Bizim indi Türk Axınını nəzərə almamaq şansımız var?

Danışın, amma "S-400"-lərin üstündən traktorla keçin" kimi sözlər deyirlər. Bir dəfə dedik ki, belə bir şey mümkün deyil. Biz bu əlaqələri bir kənara qoya bilmərik. İndi durub "S-400"-lərdən imtina edib "Patriot" almağımız mümkün ola bilməz. Amma biz bundan əvvəl "Partiot" almaq istədik, indi isə "S-400" alacağıq. Çünki bizim əsas hədəfimiz çoxşaxəli müdafiə sistemləri qurmaqdır".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31