Trampdan türk jurnalistə qəribə sual – Liderlərin görüşündə maraqlı anlar

Trampdan türk jurnalistə qəribə sual – Liderlərin görüşündə maraqlı anlar

Vaşinqtonda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ Prezidenti Donald Trampın mətbuat konfransında jurnalistə verdiyi cavab diqqət mərkəzinə düşüb.

Konfransda Tramp Ərdoğandan sual vermək üçün bir jurnalist seçməsini istəyib.

Bundan sonra Türkiyə prezidenti "Sabah" qəzetinin əməkdaşı Hilal Kaplanı seçib.

Kaplan isə Trampın sələfi Barak Obamanın xətalı xarici siyasətini düzəltmək, YPG terror təşkilatına dəstəyi dayandırmaq kimi bir məsuliyyətinin olduğunu bildirib.

O, ABŞ prezidentinin SDQ terror təşkilatının lideri Məzlum Kobanini Ağ Evə dəvət etməsini də xatırladıb.

Donald Tramp isə türk jurnalistə verdiyi cavabda Kobani ilə yaxşı bir görüşün keçirildiyini, ABŞ-ın həm onunla, həm də Ərdoğanla işlədiyini bildirib.

Bundan sonra Tramp Kaplandan Ərdoğana da sual verməsini istəyib. Lakin bu an Tramp türk jurnalistə "Xəbər hazırladığınızdan əminsiniz? Bu sualla Türkiyəyə xidmət etmirsinizmi?" sualını verib.

Teleqraf.com

Türkiyədə silah anbarında partlayış: yaralılar var - Foto

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31