Cəbhə xəttindəki hərbi hissədə ARDICIL PARTLAYIŞLAR - Yaralılar var
14 Noyabr 2019 11:00 DünyaTürkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissənin silah-sursat saxlanılan bölümündə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, yerli vaxtla saat 22.50-də meydana gəlmiş partlayış nəticəsində baş vermiş yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri adi vətəndaş, 16-sı isə hərbi qulluqçudur. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31