ABŞ Senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı QƏTNAMƏNİ BLOKLADI

ABŞ Senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı QƏTNAMƏNİ BLOKLADI

Respublikaçı senator Lindsi Qrem Senatın "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsinin əleyhinə olduğunu açıqlayıb.

Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

"Mən Ərdoğan və Prezident Tramp ilə görüşdüm, Suriyadakı problemlər haqqında danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan birlikdə problemi həll edə bilərlər",- deyə senator bildirib.

Bundan başqa Trampın yaxın müttəfiqi hesab olunan Qrem "Senatorlar tarixi yenidən yazmalı deyillər" deyə əlavə edib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31