Rusiyada ana özünü iki azyaşlı uşağı ilə 9-cu mərtəbədən atıb
Rusiyada ana özünü iki azyaşlı uşağı ilə 9-cu mərtəbədən atıb
14 Noyabr 2019 10:14 DünyaMoskvanın şimal-şərqində yerləşən Babuşkinski rayonunun Çiçerin küçəsindəki 6 nömrəli yaşayış binasının yaxınlığında bir qadın və azyaşlı uşağın cəsədi tapılıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
İlkin məlumata görə, ana özünü iki azyaşlı övladları ilə birgə 9-cu mərtəbədən atıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası uşaqlardan birinin sağ olduğunu bildirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Uşqalardan birinin 6 aylıq qız, digərinin isə altı yaşlı oğlan olduğu deyilir.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (qətl) ilə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31