Nikol təşvişdə: selfi və paylaşımlarını artırdı – Səbəb

Nikol təşvişdə: selfi və paylaşımlarını artırdı – Səbəb

Son zamanlar Ermənistan Baş naziri Nikol Paşinyanın selfiləri, eləcə də Feysbukdakı canlı yayımları artmağa başlayıb. Buna səbəb Paşinyana 10 gün əvvəl təqdim edilən yeni sosial sorğudur.

Bu məlumatı "Past" qəzeti yayıb. Məlumata görə, yeni sorğunun nəticəsi Paşinyanı əsəbiləşdirib. Nəticədə Paşinyan sorğunu yenidən yoxlamağı və yeni sosial sorğu keçirməyi sifariş edib:

"Bizim mənbəmizin məlumatına görə, bu sorğunun nəticələri baş nazirə Paris səfərindən iki gün öncə təqdim edilib. Sorğuya əsasən, baş nazirin reytinqi 21%-23% hədlərində olub. Paşinyan artıq özünün ən etibarlı adamlarına reytinqinin daha da düşməməsi üçün ona gələcək fəaliyyət proqramını təqdim etməyi tapşırıb".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31