13 ölkəyə sanksiya qərarı – Türkiyə “qara siyahı”da

13 ölkəyə sanksiya qərarı – Türkiyə “qara siyahı”da

ABŞ Xəzinə Nazirliyi Amerikanın milli təhlükəsizliyinə təhdid ittihamı ilə 13 ölkədən 22 şirkət barədə sanksiya qərarı verib.

Olaylar.az xəbər verir ki, sanksiya tətbiq ediləcək ölkələr arasında Türkiyə də var.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, 22 şirkətin ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına uyğun gəlməyən fəaliyyətləri təsbit olunub.

Siyahıda Türkiyə, Fransa, İngiltərə, İran, İordaniya, Livan, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Seneqal, Suriya, BƏƏ və Bəhreyndən olan şirkətlər yer alıb.

Bundan əvvəl "qara siyahı"da olan Pakistan, Sinqapur və BƏƏ-nin 3 şirkəti barədə sanksiya qərarı ləğv edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31