İranda bir qrup vəzifəli şəxs həbs olunub

İranda bir qrup vəzifəli şəxs həbs olunub

İranın Daşınmaz Əmlak və Sənədləşdirmə Agentliyinin bir qrup əməkdaşı həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, Agentlik əməkdaşlarına böyük məbləğdə rüşvət alma, özəl və dövlət əmlakını saxta sənədlərlə mənimsəmə və vəzifələrindən sui-istifadə ittihamları irəli sürülüb.

Hələlik həbs olunanların şəxsiyyəti və sayı açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31