Cütlüklər mağarada cinsi əlaqədə olurlarmış - Məşhur realiti-şounun saxtakarlığı ifşa olundu - FOTO

Cütlüklər mağarada cinsi əlaqədə olurlarmış - Məşhur realiti-şounun saxtakarlığı ifşa olundu - FOTO

İllər əvvəl Britaniyanın ITV kanalında yayımlanan "I"m A Celebrity... Get Me Out Of Here" (Mən məşhuram, məni buradan çıxar) realiti-şousu ilə bağlı bəzi məlumatlar yayılıb.

Yeni mövsümdən ekranlara qayıdacaq realiti-şou ilə bağlı təəccübləndirən iddialar səsləndirilib.

2006-cı ildə şounun iştirakçısı olan jurnalist Lauren Booth çəkiliş meydançasının tamamilə saxta olduğunu iddia edib.

Onun dediyinə görə, bir sıra iştirakçıların, o cümlədən Maylin Klassın məşhurlaşmasına səbəb olan şəlalə real deyil. Belə ki, şəlalə, əslində, insan əli ilə düzəldilib və adi duşdan fərqlənmir.

"Yəqin ki, real şəlalə gecə saat 3-dən səhər saat 6-ya qədər bağlı qalmaz", - Lauren söyləyib.

Bundan əlavə çəkilişlər zamanı arxa fonda görünən qayalar da kartondan düzəldilibmiş. Jurnalist bildirib ki, yaxınlıqda olan mağarada iştirakçılar cinsi əlaqədə ola bilirdilər.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31