Tramp 40 illik fərmanın müddətini uzatdı – İrana daha bir zərbə

Tramp 40 illik fərmanın müddətini uzatdı – İrana daha bir zərbə

ABŞ Prezidenti Donald Tramp 40 il əvvəl İrana qarşı sanksiyalara dair imzalanmış fərmanın müddətini uzadıb.

Olaylar.az  xəbər verir ki, bu barədə prezidentin ABŞ Konqresinə göndərdiyi məktubda bildirilib.

"İranla münasibətlərimiz hələ normal vəziyyətə gəlməyib", - Tramp deyib.

Bu, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra keçmiş prezident Cimmi Karterin imzaladığı 12170 saylı fərmandır.

Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar və digər tədbirlər görmək haqda, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir.

Teleqraf.com

Trampdan Ərdoğana 100 milyardlıq TƏKLİF

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31