Məşhur müğənni 10 ildən çoxdur mobil telefon işlətmir
Məşhur müğənni 10 ildən çoxdur mobil telefon işlətmir
13 Noyabr 2019 12:31 DünyaRobi Uilyams 2006-cı ildən bəri mobil telefon işlətmir.
Britaniyalı müğənni yalnız kompüter işlətdiyini bildirib:
"Telefondan canımı qurtardım, çünki onu sevmirdim. Daim Wi-Fi-dan yararlanıram".
Qeyd edək ki, Uilyams telefon işlətməmək məsələsində tək deyil. Belə ki, onun həmyerlisi Elton Con da 2016-cı ildə etiraf etmişdi ki, mobil qurğudan istifadə etmir. Müğənni mobil telefonların həddindən artıq yayılmasını mənfi hal hesab edir.
Tanınmış almaniyalı rejissor Verner Hersoq da 2016-cı ildə bildirmişdi ki, 24 saat mobil telefonla əlaqədə qalmağı sevmir.
XEZERXEBER.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31