Kabildə hava limanı yaxınlığında terror aktı- 7 ölü
Kabildə hava limanı yaxınlığında terror aktı-7 ölü
13 Noyabr 2019 12:27 DünyaƏfqanıstanın paytaxtı Kabil şəhərində avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində 7 nəfər həlak olub. Bu barədə Əfqanıstan DİN-in mətbuat katibi Nasrat Rahimi açıqlama verib. O, bildirib ki, hava limanının arxasındakı Kasım prospektində terror aktı törədilib.
İlkin məlumata görə, hücum nəticəsində 7 nəfər ölüb, 7 nəfər də yaralanıb. Hadisə şahidləri bildirirlər ki, terrorçuların hədəfi küçədən keçən zirehli maşın olub.
Hələlik hücuma görə məsuliyyəti boynuna götürən olmayıb.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31