Türkiyə Qıran-6-ya başladı: 157 əməliyyat dəstəsi…
Türkiyə Qıran-6-ya başladı: 157 əməliyyat dəstəsi…
13 Noyabr 2019 11:47 DünyaTürkiyənin Van, Hakkari, Şırnak və Faraşin bölgəsində jandarma-komandos, JÖH (jandarma xüsusi təyinatlıları) və PÖH (polis xüsusi təyinatlıları) dəstələrinin iştirakı ilə Qıran-6 əməliyyatı başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi informasiya yayıb.
"Van, Hakkari, Şırnak və Faraşin bölgəsində separatçı terror qruplaşmasının qış hazırlığına əngəl olmaq və bölgədə gizlənən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Şırnak Jandarma Bölgə Komandanlığında Qıran-6 əməliyyatı başlamışdır. Əməliyyata 2360 xüsusi təyinatlı (157 əməliyyat dəstəsi) cəlb olunub", - nazirlikdən bildirilib.
Qeyd edək ki, ötən həftə Qıran-5 əməliyyatı həyata keçirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31