Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı - Ən ağır cəza verildi
Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı - Ən ağır cəza verildi
13 Noyabr 2019 11:41 DünyaUşaqlarını öldürməyə çalışan cütlük bacı-qardaş çıxıb.
İngiltərənin Şeffild şəhər məhkəməsində 35 yaşlı Sarah Barrass ilə 39 yaşlı Brandon Machin-ə hökm oxunub.
2 uşaqlarını öldürüb, digər 4-nü zəhərləməyə çalışan valideynlərə ömürlük həbs cəzası verilib. Onlar bundan sonra minimum 35 il müddətində cəzaçəkmə müəssisəsində qalacaqlar.
Məhkəmədə cütlüklə bağlı dəhşətli fakt aşkarlanıb. Belə ki, Brandon Saranın ögey qardaşı və 6 uşağının atası imiş.
Məhkəmədə cütlüyün ifadəsini eşidən hakim dəhşətə gəlib. O, ikilinin ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
milli.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31