Türkiyəli əsgərlər İdlibdə atəşə tutulub – türk əsgər həlak olub
Türkiyəli əsgərlər İdlibdə atəşə tutulub – türk əsgər həlak olub
28 İyun 2019 13:01 DünyaSuriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Hücum nəticəsində bir türkiyəli əsgər ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar hadisə yerindən təxliyyə edildikdən sonra xəstəxanaya çatdırılıb.
Hücumla əlaqədar olaraq Rusiyanın Ankaradakı attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31