Fransada naməlum şəxs müsəlmanlara atəş açdı
Fransada naməlum şəxs müsəlmanlara atəş açdı
28 İyun 2019 11:23 DünyaFransanın Brest şəhərində naməlum şəxs məscid qarşısında odlu silahdan atəş açıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristof Kastanerə istinadən RİA "Novosti" məlumat yayıb.
Nəticədə məscidin imamı və yoldan keçən şəxs yaralanıb.
"France Info"nun məlumatına görə, əraziyə gələn polis əməkdaşları atəş açan şəxsin meyitini aşkar ediblər. Meyit onun maşınının yanında olub. İlkin məlumatlara görə, o, özünə qəsd edib.
Hadisənin motivləri məlum deyil.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31