Lukaşenko rədd olundu: "Səni ölkəmə dəvət etməmişəm"
Lukaşenko rədd olundu: "Səni ölkəmə dəvət etməmişəm"
28 İyun 2019 11:17 DünyaSlovakiya Prezidenti xanım Zuzana Çaputova Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinə dəvət olunmadığını deyib.
Olaylar.az xəbər verir ki, Belarus liderini bu ilin avqustunda Slovakiyanın milli müstəqilliyinin bərpasının 75 illiyi ilə bağlı təntənəli mərasimə ölkə parlamentinin spikeri Andrey Danko dəvət edib.
Zuzana Çaputova isə bildirib ki, xarici ölkə prezidentini Slovakiyaya yalnız prezident özü dəvət edə bilər. Onun sözlərinə görə, hələlik təntənəli mərasimə həmkarlarından heç kimi çağırmayıb.
Məsələyə aydınlıq gətirən Slovakiya xarici işlər naziri Miroslav Layçak bəyan edib ki, spiker bu addımı prezidentlə razılaşmadan və onun icazəsi olmadan atıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31