Yüksək vəzifə sahiblərinin şəxsi məlumatları internetə sızdı - Rusiya şokda

Yüksək vəzifə sahiblərinin şəxsi məlumatları internetə sızdı

360 min Rusiya vətəndaşının, o cümlədən "Rosnano"nun rəhbəri Anatoli Çubaysın, "Skolkovo" Fondunun həmsədri Arkadi Dvorkoviçin və teleaparıcı Vladimir Solovyovun şəxsi məlumatları internetə sızıb.

Yüksək vəzifə sahiblərinin şəxsi məlumatlarını Bazar İştirakçıları Assosiasiyasının sədri İvan Beqtin aşkarlayıb.

Beqtin 8 dövlət sisteminin, o cümlədən Maliyyə Nazirliyinin subsidiyalar üzrə federal büdcə reyestrinin, Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının hesabatları üzrə "Rostrud" portalında vətəndaşların müraciətlərinin qeydiyyatı və digər dövlət sistemlərinin saytının məlumatlarını təhlil edib.

İ.Betqin onu da qeyd edib ki, 360 min rəqəmi təxmini qiymətləndirmədir. Belə ki, bir qeyddə bir neçə nəfər haqqında məlumatlar olması bu sayın artmasını şərtləndirə bilər.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31