Qırğızıstanda zəlzələ oldu
Qırğızıstanda zəlzələ oldu
5 May 2019 17:56 DünyaQırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31