Rus jurnalist Parisdə belə döyüldü - Video
Rus jurnalist Parisdə belə döyüldü
5 May 2019 15:53 DünyaParisdə mayın 1-də təşkil olunan aksiyalarda Rusiyanın "RİA Novosti" agentliyinin əməkdaşının polis tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, kadrlarda polisin hadisə yerindən uzaqlaşmağa çalışan jurnalistin başına dəyənəklə zərbə vurması aydın görünür. Daha sonra polis jurnalistə ikinci zərbə vurur.
"Mayın 1-də Parisdə çoxlu insan, o cümlədən rus jurnalist Viktoriya İvanova döyüldü", - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31