Assanj 50 həftəlik həbs olundu
London məhkəməsi "WikiLeaks"in qurucusu Culian Assanjı 50 həftə müddətinə azadlıqdan məhrum edib.
AzVision.az xəbər verir ki, Assanj zaminə buraxılma şərtlərini pozuduğuna görə cəzaya məhkum edilib. Qeyd edək ki, aprelin 11-də "WikiLeaks"in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.