Fransadakı nümayişdə 90 nəfər həbs edilib
Fransadakı nümayişdə 90 nəfər həbs edilib
1 May 2019 18:02 DünyaFransanın hüquq mühafizə orqanları Parisdə "1 May Günü"nə həsr olunmuş nümayiş başlanmamışdan əvvəl 88 nəfəri həbs ediblər.
Bu barədə Paris şəhərinin polis idarəsindən məlumat verilib.
Ölkənin Daxili İşlər naziri Kristof Kastaner bildirib ki, nümayiş zamanı asayişi qorumaq üçün təxminən 7 min nəfər polis səfərbər olub. Nümayiş iştirakçılarının sayı isə təxminən 2 min nəfər olub.
Nümayiş özü də insidentsiz ötüşməyib. Nümayişçilərin qara paltar geyinmiş xüsusi qrupu Monparnas bulvarındakı polisi təxribata çəkə bilib. Təxribatın qarşısını almaq üçün polis əks-hücuma keçərək gözyaşardıcı qazdan da istifadə edib. Ən azı 2 təxribatçının həbs edildiyi bildirilib.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31