Qonşuda benzin təşvişi: əhali növbəyə dayandı - Foto

Qonşuda benzin təşvişi: əhali növbəyə dayandı - Foto

İranda benzinin bahalaşacağı xəbəri benzindoldurma məntəqələrində sıxlıq yaradıb.

Axar.az xəbər ki, hökumət rəsmilərinin talon sisteminə keçidlə bağlı xəbərdarlığından sonra avtomobili olan şəxslər təşvişə düşüb.

9 gün sonra qüvvəyə minəcək qanuna əsasən, hər avtomobil sahibi limitli benzin payından istifadə edəcək, limitdən artıq istifadə etdikdə isə əlavə ödəniş etmək məcburiyyətində qalacaq.

Bu səbəbdən bir çox avtomobil sahibi benzindoldurma məntəqəsinə gələrək, benzin tədarükünə başlayıb.

Salmasdakı benzindoldurma məntəqəsində çəkilən fotonu təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31