Polislə 1 may nümayişçiləri arasında gərginlik yaşanıb
Bu gün Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə bəzi qruplar İstanbulda Taksim meydanında mitinq keçirmək istəyiblər.
1 May 2019 15:49 DünyaBu gün Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə bəzi qruplar İstanbulda Taksim meydanında mitinq keçirmək istəyiblər.
Azadinform xəbər verir ki, Beşiktaş və Şişli qəsəbəsindən Taksim meydanına getmək istəyən qruplarla polis arasında gərginlik yaşanıb. Nəticədə 20 nəfər polis tərəfindən saxlanılıb.
Bundan başqa, Mecidiyəköydə toplaşan Tikinti İşçiləri Həmkarlar İttifaqının üzvləri də Taksim meydanında toplaşmaq istəyiblər. Polisin xəbərdarlığına baxmayaraq, meydana tərəf getmək istəyən 7 nəfər saxlanılıb. Saxlanılanlar arasında 1 nəfər qadın da var.
Qeyd edək ki, Taksim meydanında 2010-cu ildə 1 may mitinqlərinin keçirilməsinə icazə verilsə də, 2013-cü ildə yenidən qadağa qoyulmuşdu.