Ərdoğanla görüşən amerikalı müğənni: “Bu gün bir dünya lideri ilə tanış oldum”
Amerikalı müğənni Della Mayls İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
1 May 2019 15:22 DünyaAmerikalı müğənni Della Mayls İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
"Ölkə.Az" xəbər verir ki, Ərdoğan müsəlman olduğu üçün Maylsı təbrik edib. Mayls isə "Bu gün bir dünya lideri ilə tanış oldum. Çox həyəcanlıyam. Türkiyə prezidentinin əlini sıxdığım, birinci xanımla qucaqlaşdığım üçün çox xoşbəxtəm" deyib.
Türk mətbuatının xəbərinə əsasən, Ərdoğan həyat yoldaşı ilə müsəlman olan Dellanın "Sheraton Grand Otel"də qaldığını öyrənib. Ərdoğan tanış olmaq istədiyi Maylsı görüşə dəvət edib və İslamı qəbul etdiyi üçün onu təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31