Assanca edam cəzası verilir? – Şok

Məşhur amerikalı aktrisa Pamela Anderson “Vikilisk” saytının rəhbəri Julian Assancın həbs edilməsinə görə ABŞ və İngiltərəni sərt şəkildə tənqid edib.

Məşhur amerikalı aktrisa Pamela Anderson "Vikilisk" saytının rəhbəri Julian Assancın həbs edilməsinə görə ABŞ və İngiltərəni sərt şəkildə tənqid edib.

O bu barədə özünün Tvitter səhifəsində yazıb.

ABŞ prezidentini qorxaq, Avropa İttifaqından çıxmaq istəyən Böyük Britaniya rəhbərliyini isə axmaq adlandıran Pamela qeyd edib:

"Şok oldum. Nə dediyini eşitmədim. Amma çox pis görünür. Necəsən Ekvador? Çünki səni də ifşa etdi. Siz necəsiniz Böyük Britaniya?"

Ekvadorun Londondakı səfirliyində gizlənən Julian Assancın rəhbərlik etdiyi "Vikiliks" saytı Ekvador rəhbərliyinə məxsus məxfi sənədləri yayacağını elan etdikdən sonra həbs olunub.

Bundan sonra Assancı vətəndaşlıqdan məhrum qoyan və siyasi sığınacaq verməkdən imtina edən Ekvador onun ingilis polisi tərəfindən həbsinə yol açıb.

Səfirlikdən çıxdıqdan sonra dərhal saxlanılan Assanca qarşı cinsi zorakılıq, dövlətə məxsus məxfi sənədləri yaymaq kimi ittihamlar irəli sürülüb. O, bundan əvvəl vətəndaşı olduğu İsveçə könüllü şəkildə təslim olmasını rədd edib. Lakin həbs edilmiş jurnalistin İsveçə veriləcəyi dəqiqləşməyə başlayıb.

İndi Assancın əsas narahatlığı İsveçin onu ABŞ-a ekstradisiya edəcəyi ilə bağlıdır. ABŞ-a təslim ediləcəyi halda, Assancı burada ya 35 il həbs, ya da Amerika Xəzinə Nazirliyinə məxsus məxfi sənədləri yaymaq ittihamı ilə edam cəzası gözləyir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31