Strasburqda Paşinyanın çıxışını kəsdilər, QALMAQAL DÜŞDÜ

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa səfəri zamanı Fransadakı erməni icması ilə görüşündə qalmaqal yaranıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa səfəri zamanı Fransadakı erməni icması ilə görüşündə qalmaqal yaranıb.

Publika.az
 xəbər verir ki, aprelin 11-də erməni icması ilə keçirilən görüşdə Nikol Paşinyana Ermənistanda seçkiləri saxtalaşdırmaq ittihamı irəli sürülüb.

"İnqilabdan sonra da seçicilərin pulla ələ alınması halları var", - deyə icmanın üzvlərindən biri bildirib.

Paşinyan isə həmin erməniyə məsləhət görüb ki, Ermənistana gəlsin və bu haqda polisə məlumat versin.

"Lakin bu məlumatlar doğru olmasa, sizi həbs edə bilərlər", - deyə o bildirib.

Daha sonra görüşdə qarışıqlıq baş verib və iştirakçılar arasında qalmaqal yaranıb. Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31