“Putinin aşpazı” Afrikanın 20 ölkəsində seçki “qaynadır”
Sankt-Peterburqdan olan və “Putinin aşpazı” adlandırılan biznesmen Yevgeni Priqojinə bağlı olan polittexnoloqlar Afrikanın 20 ölkəsində çalışırlar.
12 Aprel 2019 12:02 DünyaSankt-Peterburqdan olan və "Putinin aşpazı" adlandırılan biznesmen Yevgeni Priqojinə bağlı olan polittexnoloqlar Afrikanın 20 ölkəsində çalışırlar.
Bu məlumat "Proyekt" portalının apardığı araşdırmadan sonra ortaya çıxıb. İddiaya görə, Priqojinin polittexnoloqları yaxın iki ildə prezident seçkisi keçiriləcək ölkələrdə fəaliyyət göstərirlər. Hazırda polittexnoloqların Anqola, Benin, Qvineya, Konqo Demokratik Respublikası, Zambiya, Zimbabve, Kamerun, Keniya, Kotdivuar, Liviya, Madaqaskar, Mozambik, Nigeriya, Ruanda, Sudan, Çad, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və CAR-da çalışdıqları vurğulanıb.
Polittexnoloqların əsas ofisinin Sankt-Peterburqda yerləşdiyi və onlara Pyotr Bıçkovun rəhbərlik etdiyi bildirilib.
Polittexnoloqların xüsusilə məşhur panafrikanist, Fransa neokolonializm və imperializminə qarşı mübarizə aparan siyasətçi Kemi Sebanın ideyalarının bu ölkələrdə yayılmasına çalışdığı deyilib.
Portal Priqojinin bu addımları Rusiya Prezidenti Vladimir Putin və Rusiya Xarici İşlər Nazirliyinin razılığı ilə seçdiyini iddia edib.
axar