Ermənistanda hərbçilər qəzaya uğradı: 18 nəfər...
12 Aprel 2019 05:58 DünyaErmənistanın Sünik vilayətində "ZİL-131" markalı hərbi yük maşını qəzaya uğrayıb.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 hərbi qulluqçu yaralanıb.
Hadisə Meqri-Sirani avtomobil yolunun 22-ci kilometrliyində baş verib. Avtomobil yolun hərəkət hissəsindən çıxaraq qayaya çırpılıb və aşıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hadisənin səbəblərinin araşdırıldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31