Sudanda komendant saatının tətbiqinə başlanıldı
12 Aprel 2019 05:54 DünyaSudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiqinə başlayıb.
Komendant saatı yerli vaxtla 22:00-dan 04:00-dək təyin olunub. Hərbçilər qeyd edib ki, bu sərəncam bir ay ərzində qüvvədə olacaq.
Xatırladaq ki, aprelin 11-də Sudan hərbçiləri ölkə prezidenti Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb. Bundan öncə ölkədə əhali tərəfindən aylarla etiraz aksiyaları keçirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31