Tramp vəliəhd şahzadəyə zəng etdi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana zəng edib.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana zəng edib.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi informasiya yayıb.

Xəbərə görə, tərəflər telefonda regional və beynəlxalq hadisələr, bölgənin sabitliyi və təhlükəsizlik məsələləri haqqında danışıb. Tramp vəliəhd şahzadə ilə İran tərəfindən dəstəklənən və beynəlxalq təhlükəsizliyi, sabitliyi təhdid edən terrorun qaşrısının alınması üçün lazımi tədbirlər haqqında müzakirə aparıb.

Telefon görüşününn Vaşinqton hökumətinin bəzi səudiyyəli vətəndaşların ABŞ-a girişinin qadağan edilməsindən sonra baş tutması diqqət çəkib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən gün səudiyyəli jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 16 nəfərin ABŞ-a girişinin qadağan olunduğunu açıqlamışdı. Ondan əvvəl isə Donald Tramp İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil etmişdi. Bu qərara ilk dəstək Səudiyyə Ərəbistanından gəlmişdi.

publika

Tramp Türkiyəyə səfər edəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31