Sərnişin təyyarəsindən 2.5 milyon avro oğurladılar

"Rinas" Beynəlxalq Hava Limanında qeyri-adi soyğun hadisəsi baş verib.

"Rinas" Beynəlxalq Hava Limanında qeyri-adi soyğun hadisəsi baş verib.

Olaylar.az bildirir ki, Albaniyanın paytaxtı Tiranada yerləşən hava limanının yanğınsöndürmə qapısından bir avtomobillə eniş zolağına daxil olan silahlı soyğunçular sərnişin təyyarəsindən ən azı 2.5 milyon avro oğurlayıb.

Albaniya polisinin sözlərinə görə, üzlərində maska olan 3 soyğunçu təyyarəyə kisələr içində pul qoyan şəxsi heyəti silahla təhdid edib. 

Qaçış zamanı təhlükəsizlik dəstələri ilə qarşıdurmada soyğunçulardan biri həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31