Başqa kişilərlə görüşən qardaşı arvadının evinə girib başına oyun açdı - VİDEO
Türkiyənin Antalya şəhərində qardaşı ilə boşanma ərəfəsində olan qırğız əsilli qardaşı arvadını öldürən Mehmet Çetin ömürlük həbs cəzasına məhkum edilib.
10 Aprel 2019 15:24 DünyaTürkiyənin Antalya şəhərində qardaşı ilə boşanma ərəfəsində olan qırğız əsilli qardaşı arvadını öldürən Mehmet Çetin ömürlük həbs cəzasına məhkum edilib.
O, Yekaterina Çetini başqa kişilərlə kafedə görüşməsi səbəbindən qətlə yetirdiyini bilidirib.
Mehmet Çetin qətli bir gün qabaqdan planlaşdırıb. Axşam saatlarında Yekaterinanın evinə gələn Mehmet ona xəbərdarlıq edib. Bildirib ki, yalnız boşandıqdan sonra başqaları ilə görüşə bilər. Yekaterina isə ona kobud şəkildə "Həyat mənimdir, özüm bilərəm", - deyə cavab verib. Bundan sonra əsəbilərinə hakim ola bilməyən Mehmet Çetin onu arxadan boğazından yapışaraq boğub.
Qadının öldüyündən əmin olduqdan sonra hadisə yerini tərk edib.
_(1).jpg)
aznews