Ən böyük bank öz kriptovalyutasını təqdim edəcək
Yaponiyanın maliyyə konqlomeratı Mitsubishi UFJ Financial Group öz kriptovalyutasını (MUFG Coin) təqdim edəcək.
10 Aprel 2019 12:43 Dünya2019-cu ilin sonunadək Yaponiyanın maliyyə konqlomeratı Mitsubishi UFJ Financial Group öz kriptovalyutasını (MUFG Coin) təqdim edəcək.
Olaylar.az bildirir ki, kriptovalyuta ödəniş və pul köçürmələri üçün istifadə ediləcək. Bu barədə bank holdinqinin yeni prezidenti Kanezugu Mike xəbər verib.
Kriptovalyutanın kursu yapon yeninə bağlı olacaq. İstifadəçilər rəqəmsal pul vasitəsilə restoran və dükanlarda ödəniş etmək və pul köçürmələri əməliyyatlarını yerinə yetirmək imkanını əldə edəcəklər. Bu eksperimentdə iştirak etmək üçün, əmanətləri yeni pullara çevirən xüsusi bir proqram yükləmək lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31