Almaniyada uşaqları FETO məktəbinə necə cəlb edirlər? - Yerli qəzet bu haqda yazır
Almaniyanın "Süddeutsche" Zeitung (Cənub Alman qəzeti) nəşri FETO ilə bağlı material hazırlayıb.
10 Aprel 2019 11:49 DünyaAlmaniyanın "Süddeutsche" Zeitung (Cənub Alman qəzeti) nəşri FETO ilə bağlı material hazırlayıb.
Materialda deyilir ki, Almaniyada uşaqlar örgütün evlərində təhsil alır və onların beyinləri "yuyulur".
Yazıda uşaqların ordan xilas olmağın nə qədər çətin olduğu vurğulanır.
Xəbərdə bildirilir ki, Almaniyada "Gülən hərəkatı" olaraq tanınan örgütün 90-cı illərin ortalarından bəri fəaliyyət göstərdiyi şirkətlər, məktəblər, dərnəklər, evlər, baxçalar, çap evləri və qəzetlərdən ibarət şəbəkəsi var.
Vurğulanır ki, Serkan olaraq dəyişdirilən 18 yaşlı gənc qaldığı evdə saat 19:00-dan 23:00-dək zorla din dərsi alır.
Örgütün evində qalan Serkan "Gülənin xütbələrini" dinləyərkən tələbələrin bir yerdə ağladığını və iki il ərzində yaşadığı evdə qaydaların getdikcə sərtləşdiyini deyir:
"Digər tələbələrlə yazışmaq və dostlarımızın bizi ziyarət etməsi qadağan edilmişdi".
Onlardan "həmin evlərdə nələr edildi?" soruşulanda isə "Dərs oxuduq, oynadıq, dincəldik və futbol oynadıq" cavabını verirlər.
Ayşə ləqəbli keçmiş müəllim bu evlərdə 7-14 yaşlı qız şagirdlərlə "söhbət" proqramları çərçivəsində danışdığı və onun uşaqlardan bir yarışma kimi bu evlərə başqa şagirdlər gətirməklərini tələb etmək məcburiyyətində qaldığı bildirilir.
Xəbərdə qeyd edilir ki, Ayşə səkkiz il ərzində maddi yardım toplamaq üçün "Gülən hərəkatı"na çalışıb.
Nəticədə o, bu təzyiqlərə tab gətirməyərək 2014-cü ildə şəbəkədən ayrılıb.
Materialda iki gəncin taleyinə də yer verilib.
Gənclər qatı Gülən tərəfdarı olan atalarından qorxduqlarına görə şəbəkəyə daxil olublar. Dəniz hələ 7 yaşından örgütün içərisindədir. Düşərgələrdə Gülənin kitablarını oxuyanlara pul verildiyini, gündəlik proqramlarda bu kitabları oxumağın məcburi olduğunu deyir.
Ayxan ləqəbli gənc isə atasının öz maaşının 50%-ni örgütə verdiyini bildirir. Müəllimlər isə maaşlarının 40%-ni onlara bağışlayır.
Xəbərin sonunda yazılır ki, Türkiyədə Gülənin kadrları nazirliklərdə, təhsil, məhkəmə, polis və ordunun bəzi hissələrində yer alıb. Bir çox holdinq, təşkilat və tekstil sektorundakı şirkətlər isə qazanclarını Gülən hərəkatının məktəb, xəstəxana və universitetlərinə bağışlayıb.
Ayxanın anası oğlunun tərəfini tutduğu üçün atası tərəfindən şiddətə məruz qalıb. Nəticədə o da Dəniz kimi bu şəbəkədən xilas ola bilib. Atası buna görə anası ilə boşanıb. Dəniz atasının şəbəkə üçün hələ də böyük rol oynadığını və təzyiqlərdən qorxduğunu deyir.
Dəniz ictimaiyyətin bu hadisələrdən xəbərdar olmasını istəyir və sözlərini belə bitirir: "Atam bu şəbəkə üçün bizi qurban verdi. Başqalarına özünü dini və liberal bir hərəkat kimi göstərən şəbəkə əslində çox fanatikdir".
aznews